Argentina yığmasının əfsanəvi futbolçusu dünyasını dəyişdi

Futbol üzrə Argentina yığma komandasının sabiq qapıçısı Amadeo Karriso dünyasını dəyişib.

Komanda.az xəbər verir ki, “River Pleyt”in əfsanəvi futbolçusu 93 yaşında vəfat edib.

Karriso 1945-ci ildən 1968-ci ilə qədər “River Pleyt”də forma geyinib. O, bu komanda ilə 5 dəfə Argentina çempionu olub.

1954-1964-cü illər aralığında Argentina millisində 20 rəsmi oyuna çıxan Amadeo, bu ölkənin ən yaxşı qapıçılarından hesb olunur. Təsadüfi deyil ki, Argentina parlamenti 2011-ci ildə onun dünyaya gəldiyi 12 iyun tarixini bu ölkədə milli qapıçılar günü elan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button