“Bu, hər kəsin gözlədiyi final idi” – Messi

Argentina milli komandasının futbolçusu Lionel Messi Amerika kubokunda finala yüksəlmələri haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, kapitan, milli ilə kubok qazanmaq istədiyini deyib:

“Dostum Neymar və mən finala yüksəldik. O da dost olduğumuz üçün finalda bizimlə qarşılaşmaq istəyirdi. Bu, hər kəsin gözlədiyi final idi. İki komanda üçün də çətin olacaq.

Çox xoşbəxtəm. Milli komanda ilə titul qazanmaq istəyirəm. Finala çıxmaq ilk hədəfimiz idi və bacardıq. Çox həyəcanlıyıq”.

Amerika kubokunun finalında Braziliya və Argentina yığmaları üz-üzə gələcəklər. Oyun iyulun 11-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button