Ardıcıl 18 ildir qol vurur

Kərim Benzema Çempionlar Liqasında möhtəşəm uğura imza atıb.

“Real”ın hücumçusu Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununda (3:1) het-trik edib.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, fransalı hücumçu 18 il ardıcıl olaraq Çempionlar Liqasında qol vuran ilk futbolçu olub. Benzema ÇL-də ilk qolunu 2005-ci ildə, “Lion”da oynayarkən Norveç “Rusenborq”una vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button