Arbeloa “Real”da yeni qayda tətbiq edəcək

“Real”ın yeni baş məşqçisi Alvaro Arbeloa komandada əvvəlki məşq prinsiplərini dəyişməyə qərar verib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” bundan sonra UEFA Çempionlar Liqasında səfər oyunlarından əvvəl hazırlığı rəqib komandanın ölkəsində keçirəcək.

Yeni qayda dərhal tətbiq olunacaq. “Real” yanvarın 27-də Lissabona uçacaq və “Benfika” ilə 8-ci tur matçından öncə, günortadan sonra “Estadio Da Luş”da yekun məşqini keçirəcək.

Əvvəlki baş məşqçi Xabi Alonso matç öncəsi məşqləri əsasən Madriddə təşkil etməyi üstün tuturdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button