
Arbeloa ona istirahət verəcək
“Real”ın baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqası öncəsi əsas oyunçularından birini qorumaq niyyətindədir.
Madrid təmsilçisi bu gün doğma meydanda La Liqa çərçivəsində “Real Sosyedad”la qarşılaşacaq.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Arbelоa bu oyunda yarımmüdafiəçi Federiko Valverdeyə istirahət verməyi planlaşdırır.
Məqsəd uruqvaylı futbolçunun Çempionlar Liqasının pley-off mərhələsində səfərdə “Benfika”ya qarşı keçiriləcək ilk oyun öncəsi tam hazır vəziyyətdə olmasıdır. Lissabonda baş tutacaq qarşılaşma fevralın 17-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



