“Araz-Naxçıvan”la “Zirə” arasındakı matçın stadionu yenə dəyişdirildi

“Araz-Naxçıvan”la “Zirə” arasındakı yoxlama oyununun keçiriləcəyi stadion növbəti dəfə dəyişdirilib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Zirə İdman Kompleksinin stadionunda yox, “Dalğa Arena”da olacaq.

Daha əvvəl isə matçın Bakı Olimpiya Stadionunda oynanılması planlaşdırılırdı. Amma daha sonra qarşılaşmanın Zirə İdman Kompleksinin stadionunda olacağı bildirilmişdi.

Yanvarın 10-da keçiriləcək oyun saat 15:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button