
“Araz-Naxçıvan”ın yeni ildəki ilk məşqində 12 futbolçu iştirak etdi
“Araz-Naxçıvan” qış təlim-məşq toplanışına start verib.
Komanda.az xəbər verir ki, 2026-cı ilin ilk məşqinə yeni baş məşqçi Andrey Demçenkonun rəhbərliyi ilə çıxan komandanın hazırlıq prosesində 12 futbolçu iştirak edib.
Legionerlərdən Bruno Franko məşqdə yer alıb, digər əcnəbilər isə sabahdan çalışmalara qoşulacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



