“Araz-Naxçıvan” ukraynalı məşqçi ilə müqavilə bağlayıb

“Araz-Naxçıvan”ın məşqçilər heyətinə yeni mütəxəssis dəvət olunub.

Bu barədə Komanda.az-a Naxçıvan təmsilçisindən məlumat verilib.

Təyinat baş məşqçi Andrey Demçenkonun istəyi ilə gerçəkləşib.

39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək. Ukraynalı mütəxəssislə 5 ay+1 il müddətini əhatə edən müqavilə imzalanıb.

Məşqçilər korpusunda Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button