“Araz-Naxçıvan” braziliyalı futbolçu ilə yollarını ayırdı

“Araz-Naxçıvan”la braziliyalı futbolçu Vanderson Melo arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2023/2024 mövsümündən “qırmızı-ağlar”ın heyətində çıxış edən Melo klubun rəsmi saytına açıqlamasında komanda yoldaşlarına uğur arzulayıb:

“Burada üç maraqlı mövsüm keçirdim. Uğurlu nəticələrimiz də oldu, təəssüfləndiyimiz oyunlar da. Komanda ötən mövsüm tarixində ilk dəfə Premyer Liqada üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında “Aris” kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik.

Burada olmağıma şərait yaradan klub rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, “Araz-Naxçıvan” növbəti mövsüm hazırkından daha yaxşı çıxış edər və uğur qazanar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button