“Qarabağ”a məğlubiyyət bizi radikal qərarlar verməyə məcbur etdi”

APOEL-in prezidenti Prodromos Petridis Kipr mətbuatına açıqlama verib.

Komanda.az “omada.reporter.com.cy” saytına istinadən xəbər verir ki, son mövsümü dəyərləndirən Petridis, APOEL-in Çempionlar Liqasındakı “Qarabağ”la oyunlarından da danışıb:

“Evdə “Qarabağ”a məğlubiyyət bizi radikal qərarlar verməyə məcbur etdi. Biz də “Qarabağ”la cavab oyununda şanslarımızı lehimizə çevirən və 2:0 hesablı qələbə sayəsində tariximizdə 8-ci dəfə Çempionlar Liqasının qrup mərhələsinə yollanmağımıza kömək olan Tomas Dolla razılaşdıq”.

“Qarabağ” ötən mövsüm APOEL-lə 4 dəfə qarşılaşıb. Bunların 2-si Çempionlar Liqasında, 2-si də Avropa Liqası çərçivəsində olub. Bu oyunların 2-də APOEL, 1-də isə “Qarabağ” qələbə qazanıb.