“Qrizmann dünyanın ən aşağı qiymətləndirilən oyunçusudur” – Anri

“Arsenal”ın və “Barselona”nın keçmiş hücumçusu Tyerri Anri hesab edir ki, “Atletiko”nun futbolçusu Antuan Qrizmann çox aşağı qiymətləndirilir.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, sabiq futbolçu, Qrizmannın dünyanın ən aşağı qiymətləndirilən oyunçusu olduğunu bildirib:

“Qrizmann bizə xatırladır ki, zəhmətkeşlik istedaddır. Antuan dünyanın ən aşağı qiymətləndirilən oyunçusudur. Biz tez-tez Kilian Mbappe haqqında danışırıq, tez-tez onu tənqid etmək üçün səbəb axtarıram. Amma Qrizmann… Onun qollarına və ötürmələrinə baxın.

Mənə deyin, tarixdə hücumda dörd mövqedə kim oynaya bilərdi? Belə oyunçular çox deyil. Qrizmann da onlardan biridir”.

Qrizmann 2021-ci ilin yayında “Barselona”dan “Atletiko”ya qayıdıb.

32 yaşlı fransalı forvard bu mövsüm 38 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button