Ançelottinin yerinə əsas namizəd odur

“Real”da baş məşqçi postuna əsas namizəd məlum olub.

Komanda.az “Defensa Central” nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun keçmiş oyunçusu Raul Qonsales Karlo Ançelottini əvəz edə bilər.

“Kral klubu” 2022/23 mövsümünun sonunda La Liqanı və ya UEFA Çempionlar Liqasını qazana bilməsə, 64 yaşlı mütəxəssislə yollar ayrılacaq.

Raul hazırda “Real”ın gənclər komandasını çalışdırır. O, bu yaxınlarda İngiltərənin “Lids” klubunun təklifini qəbul etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button