
Ançelotti “Napoli”dən ayrılmasının səbəbini açıqlayıb
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Napoli”dən ayrılması barədə danışıb. İtaliyalı mütəxəssis bir mövsüm – 2018/2019 mövsümündə Neapol komandasına rəhbərlik edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, kluba olan inamını tez itirdiyini bildirib:
“Elə olur ki, yaxşı iş görsən belə, baş verənlərə tez bir zamanda inamını itirirsən. Bu, karyeramda başıma dəfələrlə gəlib. Sonuncu dəfə bu, “Napoli”də baş verib. Bir kluba olan inamını itirəndə dərhal ayrılmaq daha yaxşıdır”.
Ançelotti 2025-ci ildən bəri Braziliya millisində çalışır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



