
“Braziliya millisi dünyanın ən güclü komandaları ilə rəqabət apara bilir”
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Fransa yığmasıyla yoxlama oyunundan (1:2) sonra komandasının çıxışı barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Nəticə burada o qədər də vacib deyil. Oyunçularıma baxdım və liderlərimiz yaxşı oynadılar. Vinisius Junior? Bəli, qol vurmadı, amma hücumçunun həmişə qol vurması gözlənilmir. Deyə bilərəm ki, Braziliya millisi dünyanın ən güclü komandaları ilə rəqabət apara bilir”.
Fransa millisinin qollarını Kilian Mbappe və Huqo Ekitike, Braziliya yığmasının qolunu isə Bremer vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



