Amrabat “Mançester Yunayted”dən getmək istəmir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Sofyan Amrabat daimi olaraq komandada qalmaq istəyir.

Komanda.az “Il Corriere dello Sport”-a istinadən xəbər verir ki, mərakeşli futbolçu “Fiorentina”ya qayıdıb, sonradan özünə yeni komanda axtarmaq istəmir.

“Mançester Yunayted” ötən yay Amrabatı icarəyə götürsə də, yarımmüdafiəçi rəhbərliyi daimi əsaslarla müqavilə bağlamağa razı sala bilməyib.

Amrabat “Mançester Yunayted”lə İngiltərə kubokunun qalibi olub.

Futbolçunun “Fiorentina” ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button