
“Amorim komandası üçün ölümü gözə alar”
Fransa millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimə dəstəyini ifadə edib.
Komanda.az xəbər verir ki, o, “Stake”-ə açıqlamasında həmişə portuqaliyalı məşqçiyə inandığını deyib:
“Mən həmişə ona inanmışam, hətta çətin dövrlərdə də. Amorim komandası üçün ölümü gözə alar. O, klubun maraqlarını özündən üstün tutur. Düşünürəm ki, onun daha çox yeni futbolçuya ehtiyacı var. “Qırmızı şeytanlar”ın oyunlarını “rulet”lə müqayisə etmək olar. Heç vaxt nəticəni əvvəlcədən bilmək mümkün deyil”.
“Mançester Yunayted” 15 turdan sonra 25 xal toplayaraq, Premyer Liqada turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



