Tanınmış məşqçi: “Tramp insanları düşünmür, yalnız pulu düşünür”

“Milan”ın sabiq çalışdırıcısı, hazırda “Lion”un baş məşqçisi olan Paulo Fonseka dünya çempionatının ABŞ-də keçirilməsinə qarşı çıxmaqla mövqeyini nümayiş etdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ prezident Donald Trampın yalnız öz maraqlarını güddüyünü deyib:

“ABŞ prezidentinin mövqeyi ən həssasları görməzdən gəlmək və yalnız öz maraqlarını irəli sürməkdir. Tramp insanları düşünmür, yalnız pulu düşünür. Əsl azarkeşlər, futbol həvəskarları və futbola sadiq olanlar ABŞ-də deyil, başqa yerdə yarışmalıdırlar”.

2026-cı il dünya çempionatı iyunun 11-də start götürəcək. Mundial ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button