Amerika kuboku: Bürünc medalın sahibi məlum oldu

Amerika kubokunda bürünc medalın sahibi məlum olub.

Komanda.az xəbər verir ki, 3-cü yer uğrunda keçirilən görüşdə Kolumbiya və Peru milli komandaları üz-üzə gəliblər. Oyun Kolumbiyanın 3:2 hesablı qələbəsiylə başa çatıb.

Amerika kubokunun finalında Argentina və Braziliya yığmaları üz-üzə gələcəklər. Oyun iyulun 11-də keçiriləcək.

Amerika kuboku, 3-cü yer uğrunda görüş

10 iyul

Kolumbiya – Peru 3:2
Qol:
Xuan Kuadrado, 49. Luis Fernandes Dias, 66; 90+4 – Yosimar Yotun, 45. Canluka Lapadula, 82.