Xabi Alonso Belçika klubunun “radar”ında

İspaniya millisinin sabiq futbolçusu Xabi Alonso Belçikanın “Brügge” klubunda işləyə bilər.

Komanda.az HLN-yə istinadən xəbər verir ki, “Brügge”nin hazırkı baş məşqçisi Alfred Şröder “Mançester Yunayted”ə gedən Erik ten Haqın yerinə Amsterdam “Ayaks”ı ilə ilkin müqavilə imzalayıb.

Belçika klubunun baş məşqçi vəzifəsinə namizədlərindən biri də “Liverpul”, “Real” və “Bayern”in keçmiş futbolçusu Xabi Alonsodur.

40 yaşlı məşqçi hazırda “Real Sosyedad”ın ikinci komandasına rəhbərlik edir. Onun klubla müqaviləsi bu yay başa çatır.