Avropa çempionatı: Azərbaycanlı güləşçi ermənini məğlub etdi

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.

Komanda.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Azərbaycan təmsilçisi Murad Haqverdiyev ilk görüşdə türkiyəli rəqibinə uduzub.

Sabir Cəfərov təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib.

Turan Bayramov qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbəylə start verib. Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb.

Səbuhi Əmiraslanov 1/8 finalda rusiyalı rəqibinə məğlub olub.

Zəfər Əliyev debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda Ukrayna idmançısıyla bacarmayıb.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button