Sabiq futbolçusu “Milan”ın çempion olacağına inanır

“Milan”ın sabiq hücumçusu Oliver Birhoff keçmiş komandasının İtaliya çempionluğu uğrunda mübarizədə “İnter”i məğlub edə biləcəyinə inanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, baş məşqçi Massimiliano Alleqrinin oyunçularının indi nə etməməli və nədən çəkinməli olduqları haqda danışıb:

“Düşünürəm ki, təhlükə qaçmaq və nəyin bahasına olursa olsun qələbəni geri qazanmaq istəyindədir. Bu, əlavə təzyiq yaradır. Əminəm ki, Alleqrinin təcrübəsi bu lazımsız gərginliyin qarşısını almağa kömək edəcək. Sadəcə oynamalıyıq”.

“Milan” A Seriyasının turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button