“Alleqri yalançıdır” – Kannavaro

“Yuventus”un sabiq müdafiəçisi Fabio Kannavaro Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri haqda açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kannavaro, Alleqrinin yalançı olduğunu deyib:

“Alleqri yalançıdır. Çünki “Yuventus”un titul uğrunda mübarizə apara biləcəyinə inanmadığını deyəndə yalan danışır. Bunu nə qədər çox desə, “Yuventus”un A Seriyasında çempionluğu qazanacağına inam bir o qədər güclənəcək”.

“Yuventus” A Seriyasında 30 turdan sonra 59 xalla 4-cü pillədə yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button