“Alınmır” – “Qəbələ”nin məşqçisi

“Qəbələ” Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Səbail”ə 0:3 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, Qəbələ klubunun məşqçisi Xaqani Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransına qatılmamasının səbəbini də izah edib:

“Elmar Baxşıyev narahat olduğu üçün mətbuat konfransında mən iştirak edirəm. Elmar müəllim istefa verməyib. 

Komanda oyuna ruhsuz çıxmışdı. Futbolçuları motivasiya etməyə nə qədər çalışsaq da, alınmadı. Buna görə də, oyunumuz alınmadı və məğlub olduq.

Futbolçularla danışırıq, deyirlər ki, heç bir problem yoxdur, biz də çalışırıq ki, oyunumuzu göstərək. Amma alınmır. “Sabah”la oyuna hazırlaşacağıq. Çalışacağıq ki, ən yaxşısını edək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button