Ağayev 6 sarı vərəqə göstərdi, “Lion” qələbə qazandı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turunun Berndə “Yanq Boys” – “Lion” oyununu idarə edib.

Komanda.az xəbər verir ki, Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli, eləcə də dördüncü hakim Tural Qurbanovun kömək etdiyi oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağayev hər iki komandaya ümumilikdə altı sarı vərəqə göstərib.

O, matçın 61-ci dəqiqəsində ofsayd səbəbindən İsveçrə klubunun qolunu qeydə almayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button