
AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat alıb
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, o, qadınlar arasında UEFA Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.
C Liqasının 6-cı qrupunun 3-cü turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də, Skopyedə yerləşən Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



