
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununa təyinat alıb
Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Blekeren UEFA-dan təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki. o, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.
Bu gün Barselonanın “Nou Kamp” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



