
AFFA rəsmisi “Yuventus”un oyununa təyinat alıb
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Yuventus” (İtaliya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.
Oyun fevralın 19-da, İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



