AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi, futbolçuları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 15-ci turunun “Qarabağ” – “Neftçi” oyununda matçın 73-cü dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimələnir.

Premyer Liqanın 15-ci turunun “Qarabağ” – “Neftçi” oyununda matçın 22-ci dəqiqəsində “Neftçi” klubunun 26 nömrəli futbolçusu Buludov Ömər kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimələnir.

Premyer Liqanın 15-ci turunun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun 36 nömrəli futbolçusu Mamadu Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimələnir.

Premyer Liqanın 15-ci turunun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun 6 nömrəli futbolçusu Voyslav Stankoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimələnir.

Premyer Liqanın 15-ci turunun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunur.

Premyer Liqanın 15-ci turunun “Sumqayıt” – “Səbail” oyununda matçın 90+5-ci dəqiqəsində “Səbail” klubunun 1 nömrəli futbolçusu Ağayev Kamran kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimələnir.

Premyer Liqanın 15-ci turunun “Sumqayıt” – “Səbail” oyununda “Səbail” klubunun 16 nömrəli futbolçusu Keşavarzi Peyman qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimələnir.

Premyer Liqanın 15-ci turunun “Sumqayıt” – “Səbail” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 15-ci turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 15-ci turunun “Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button