
AFFA prezidentindən “Qarabağ”a təbrik
AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ı UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda Almaniyanın “Ayntraxt” klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
Komanda.az xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ” Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi “Ayntraxt” üzərində inamlı qələbə qazandı. Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, növbəti oyunlarda yeni qələbələr arzulayırıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



