AFFA-nın ən çox vəsait ayırdığı federasiya məlum oldu

2025-ci ildə AFFA-nın tərkibində olan federasiyaların, üzvlərin və akademiyaların saxlanılmasına ayrılan vəsaitlər məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Ümumi məbləğ 2 milyon 825 min 58 manatdır.

Ən çox vəsait Azərbaycan Futzal Federasiyasına verilib. Quruma 1 milyon 631 min 458 manat ayrılıb. Futbolun İnkişaf Fonduna 384 min, Regional Futbol Federasiyaları İB-yə 208 min, Uşaq və Gənclər Futbol Federasiyasına 180 min, Çimərlik Futbol Federasiyasına 138 min, Azərbaycan Əlillər Futbolu Ferasiyası İB-yə 86 min, Sahə Futbol Federasiyasına 60 min, Bakı FF-yə 45 min, İctimai Futbol Təşkilatları İB-yə 39 min 600, Tələbə Futbol Federasiyasına 35 min, İsgəndər Cavadov adına Akademiyaya 18 min manat verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button