Prosineçkidən əli üzülən AFFA-nın yeni hədəfi: “Qarabağ”ı məyus edən alman

Nikola Yurçeviçin Azərbaycan millisinin “sükanı arxasından” göndərilməsindən sonra AFFA-nın baş məşqçi axtarışları davam edir.

Federasiyanın namizədlər siyahısında əsas üstünlüyü millinin keçmiş baş məşqçisi Robert Prosineçkiyə verdiyi deyilsə də, xorvatiyalı mütəxəssisin artıq Türkiyənin “Kayserispor” klubu ilə razılığa gəldiyi bildirilir.

Komanda.az-ın əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi son olaraq APOEL-də çalışmış Tomas Dolla danışıqlar aparır. Amma alman mütəxəssisin yeganə namizəd olmadığı, ondan başqa, daha bir neçə məşqçinin federasiyanın namizədlər siyahısında olduğu dəqiqdir.

Dollun rəhbərlik etdiyi APOEL Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdı (1:2, 2:0). Avropa Liqasının qrup mərhələsində yenidən üz-üzə gələn komandaların qarşılaşmasında yenə APOEL güclü olmuş (2:2, 2:1) və pley-offa vəsiqə qazanan tərəf olmuşdu.

Alman mütəxəssis indiyədək “Borussiya” (Dortmund), “Gənclərbirliyi”, “Əl-Hilal”, “Hannover” kimi klublarda çalışıb. 53 yaşlı mütəxəssis APOEL-in baş məşqçi postundan ayrılandan bəri işsizdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button