
AFFA iki komandaya texniki məğlubiyyət verdi
AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA Region Liqasında keçirilməli olan “Bakı” TFK – “Mərcanlı” qarşılaşması birincilərin heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-17 Liqasında keçirilməli olan “Turan Tovuz” – “Lion” PFK oyununda isə qonaq komanda təyin edilən vaxtda meydanda olmadığına görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



