AFFA-dan hakimi vuran məşqçiyə ağır cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda ölkə kubokunun oyunları ilə bağlı qərarlar qəbul edilib.

Azərbaycan kubokunun 1/4 finalının cavab oyununda matçın köməkçi hakimi Cavanşir Yusifovu vuran “Səbail”in məşqçisi Vüqar Məmmədin də cəzası açıqlanıb.

AFFA bu davranışına görə Məmmədi 20 oyunluq cəzalandırıb, “Səbail” klubunu isə 16 min manatlıq cərimələyib.