AÇ-2026: Azərbaycan millisinin rəqibinin heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin AÇ-2026-nın əsas mərhələsindəki rəqibi olan Yunanıstanın heyəti açıqlanıb.

Komanda.az Yunanıstan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 3-də toplanışa start verən rəqibin baş məşqçisi Yannis Ziavas qarşıdan gələn Xorvatiya və Azərbaycanla matçlara 16 futzalçı dəvət edib.

Millinin düşərgəsində bu futzalçılar yer alıblar:

Datis Marios, Aronis Nikolaos, Adamopulos Aleksandros (hamısı AEK), Seati Ensi, Papadopulos Konstantinos, Çaralampopulos Vasileios, Çin Lamproslari, Karidas Dimitrios (hamısı “Dukas”), Zervas Dimitrios, Panu Konstantikos, Papakostas Spiridon, Avlonit Georgios (hamısı “Panatinaikos”), Zompolas Yoannis (“Hermes Zoqrafu”), Tzakidis Vasileios (PAOK), Tanka Leandros (“Salamina”), Darlas Dimitris (“Afina 90”).

Yunanıstan – Azərbaycan matçı martın 11-də, saat 21:00-da Afinada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button