AÇ-2020: 1/8 finalçılar bəlli oldu

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, artıq qitə birinciliyinin 1/8 finalında mübarizə aparacaq bütün iştirakçıların adına aydınlıq gəlib.

İtaliya, Uels (A qrupu), Belçika, Danimarka (B), Niderland, Avstriya (C), İngiltərə, Xorvatiya (D), İsveç, İspaniya (E), Fransa və Almaniya (F) yığmaları müvafiq olaraq 1-ci və 2-ci yerləri tutaraq pley-offa vəsiqə qazanıblar.

Bu komandalarla yanaşı, ən yaxşı göstəricilərə malik 4 qrup üçüncüsü də 1/8 finalda oynamaq şansı əldə edib. Bu komandalar Çexiya (D), İsveçrə (A), Portuqaliya (F) və Ukrayna (C) milliləridir.

Beləliklə, AÇ-2020-nin 1/8 finalında bu komandalar qarşılaşacaq:

26 iyun

20:00. Uels – Danimarka
Amsterdam. “Yohan Kroyff Arena”

23:00. İtaliya – Avstriya
London. “Uembli” stadionu.

27 iyun

20:00. Niderland – Çexiya
Budapeşt. “Puşkaş Arena”.

23:00. Belçika – Portuqaliya
Sevilya. “La Kartuxa” stadionu.

28 iyun

20:00. Xorvatiya – İspaniya
Kopenhagen. “Parken” stadionu.

23:00. Fransa – İsveçrə
Buxarest. Milli stadion.

29 iyun

20:00. İngiltərə – Almaniya
London. “Uembli” stadionu.

23:00. İsveç – Ukrayna
Qlazqo. “Hempden Park” stadionu.

Sonda onu da qeyd edək ki, qrup oyunlarına ev sahibliyi edən Bakı Olimpiya Stadionunda 1/8 final görüşlərindən heç biri keçirilməyəcək. Əvəzində 1/4 finalın bir görüşü Bakıda baş tutacaq. Belə ki, Çexiya – Niderland və Uels – Danimarka oyunlarının qalibləri məhz Azərbaycan paytaxtında üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək həmin görüş isə iyulun 3-nə təyin edilib.