ABŞ-da forması ən çox satılan futbolçu bilindi

ABŞ-da forması ən çox satılan futbolçu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Barselona”nın futbolçusu Lionel Messidir. Bu barədə “soccer.com” saytı məlumat yayıb.

ABŞ-da forması ən çox satılan ikinci futbolçu “Çelsi”nin hücumçusu Kristian Pulişiçdir. Üçüncü ən çox satılan isə “Yuventus”un portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun formasıdır.