“Ümid edirəm ki, onların bizimlə qalması üçün lazımi işlər görülər” – Lempard

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, koronavirus səbəbiylə dayandırılan məşqlərin bərpası və sözləşməsi tezliklə başa çatacaq futbolçularla bağlı danışıb:

“Hər kəs futbola geri qayıtmaq istəyir. Hazırda məşq proqramı hazırlayırıq. Mayın 18-dən məşqlərlə bağlı qərar verilə bilər. Bundan sonra koronavirus testləri götürüləcək. Hər şey yolunda olsa, gələn həftənin ortalarında məşqə başlaya bilərik.

Olivye Jirunun və Villianın müqaviləsi başa çatır. Mövsümün bərpası ilə bağlı hələ dəqiq heç nə bilmirik. Mövsümün qalan hissəsində heyəti bu cür görmək istəyirəm. Ümid edirəm ki, onların bizimlə qalması üçün lazımi işlər görülər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button