Məşq qadağasının müddəti uzadıldı – MLS-də
Futbol üzrə ABŞ çempionatında (MLS) məşq qadağasının müddəti uzadılıb.
Komanda.az xəbər verir ki, liqa rəhbərliyi məşqlərin keçirilməsi ilə bağlı qadağanın müddətini mayın 15-dək uzadıb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Bir neçə gün əvvəl MLS rəhbərliyi çempionatın startının ən azı iyunun 8-dək uzadıldığını açıqlamışdı. Yarış martın 12-də təxirə salınmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin