“Əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.

Komanda.az xəbər verir ki, o, qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündü”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button