Çiçarito ABŞ klubunda – Rəsmi

“Real” və “Mançester Yunayted”in sabiq hücumçusu Xavyer Ernandes (Çiçarito) karyerasını ABŞ-də davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, meksikalı futbolçu ABŞ çempionatının təmsilçisi “Atletiko Dallas”a transfer olunub. Bu liqa ölkədə MLS-dən sonra ikinci ən nüfuzlu çempionat hesab olunur.

38 yaşlı hücumçu yeni klubu ilə müddəti 2 il olan müqavilə imzalayıb. Razılaşmaya əsasən, sözləşmənin daha bir mövsüm uzadılması imkanı da nəzərdə tutulub.

Çiçaritonun son klubu Meksikanın “Qvadalahara” komandası olub. O, ötən mövsüm 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button