
Dambrauskas: “Öz oyunumuzu oynamalıyıq”
“Sabah” sabah UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”la qarşılaşacaq.
Komanda.az xəbər verir ki, oyundan bir gün əvvəl “bayquşlar”ın çalışdırıcısı Valdas Dambrauskas mətbuat konfransında iştirak edib.
Litvalı mütəxəssis sabah səfərdə çətin oyuna çıxacaqlarını deyib:
“Finlandiyada olduğumuza görə çox şadıq. Bildiyiniz kimi, ilk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var. İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər. Lakin eyni zamanda, anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, Avropa turnirlərində səfərdə keçirilən heç bir oyun asan olmur”.
O, rəqib komandanın çox motivasiyalı olacağını və bütün gücünü ortaya qoyacağını söyləyib:
“Biz də onların mübarizə səviyyəsinə uyğun cavab verməli, öz oyunumuzu oynamalı və ən yaxşı bacardığımız işi görməliyik. Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik”.
Komandalar arasında ötən həftə Bakıda keçirilən ilk görüşdə “Sabah” 1:0 hesablı qələbəyə sevinib.
“KuPS” – “Sabah” matçı sabah saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda baş start götürəcək.
Bizi Facebook-da izləyin



