
“Arsenal” braziliyalı futbolçu üçün növbəti cəhdini edəcək
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş “Arsenal”ın əsas transfer hədəflərindən biri olaraq qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa çempionu gələn həftə braziliyalı futbolçunun transferi üçün danışıqları davam etdirəcək. Klubun yarımmüdafiəçi üçün təklifini yaxşılaşdırmağa hazırlaşdığı bildirilir.
Gimarayeşin “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir. 28 yaşlı futbolçu 2025/26 mövsümündə Premyer Liqada 29 oyunda meydana çıxaraq, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 70 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



