“Kəpəz”də baş məşqçinin köməkçiləri məlum oldu

“Kəpəz”in baş məşqçisi Azər Məmmədovun köməkçiləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Məşqçilər korpusunda Etibar İbrahimov, İlkin Verdiyev (hər ikisi köməkçi məşqçi), Vüqar Məmmədov (qapıçı məşqçi), Kərim Diniyev (fiziki-hazırlıq üzrə məşqçi) və Fərid Məmmədov (analitik məşqçi) yer alıb.

Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button