DÇ-2026: “Qalib gəlsək, kubokla şəklim olacaq”

İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo DÇ-2026-nın Argentina yığması ilə keçiriləcək finalında mundialdakı ilk qolunu vuracağına ümid etdiyini bildirib.

“Barselona”nın futbolçusu dünya çempionatında komandasının uğurlarında mühüm rol oynasa da, hələ ki, rəqib qapılarına yol tapa bilməyib.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi mətbuat konfransında şəxsi statistikanın onun üçün önəmli olmadığını vurğulayıb:

“Bu dünya çempionatında məndə çatışmayan yeganə şey qoldur. Ümid edirəm ki, bu, finalda baş verəcək. Amma düzünü desəm, məhsuldarlığım barədə çox düşünmürəm. Mənim üçün əsas qələbədir. Qalib gəlsək, kubokla şəklim olacaq. Qol vurmasam da, bunun heç bir əhəmiyyəti yoxdur”.

İspaniya ilə Argentina arasında DÇ-2026-nın final oyunu iyulun 19-da keçiriləcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button