Xavi: “Yamal əsl nemətdir”

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Xavi Hernandes, yığmanın hücumçusu Lamin Yamal barədə yüksək fikirlər səsləndirib.

Bu yaxınlarda 19 yaşı tamam olacaq futbolçu DÇ-2026-nın finalında Argentina yığması ilə qarşılaşacaq İspaniya millisinin əsas ümidlərindən hesab olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Xavi, Yamalın qeyri-adi istedada sahib olduğunu bildirib:

“Yamal dahidir. Ola bilsin ki, İspaniyada indiyədək onun kimi futbolçu olmayıb. Biz onu 15 yaşında kəşf etdik. Hələ o vaxtdan xüsusi istedada malik olduğu görünürdü. Oyunu mükəmməl anlayır, həmişə düzgün qərarlar verir. O, əla futbolçudur, əsl nemətdir. Dünyanın ən yaxşısına çevrilmək üçün onda hər şey var”.

DÇ-2026-nın Argentina – İspaniya final matçı sabah, saat 23:00-da keçiriləcək.

Yamal 2025-ci ildə “qızıl top” mükafatına səsvermədə ikinci yeri tutmuş və Osman Dembeledən (PSJ) geri qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button