
DÇ-2026: “Əsl tarix Messinin özüdür”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın finalında İspaniya yığmasına qarşı keçiriləcək oyundan öncə komandanın kapitanı Lionel Messi barədə danışıb.
39 yaşlı futbolçunun iyulun 19-da baş tutacaq final qarşılaşmasının dünya çempionatlarındakı son oyunu olacağı ehtimal edilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Skaloni, Messinin komanda haqqında dediyi sözlərin onun üçün böyük qürur mənbəyi olduğunu bildirib:
“Messi mənə dedi: “Bizim komandamız tarixdir”. Amma əsl tarix Leo özüdür. O, əfsanədir. Bütün dövrlərin ən böyük futbolçusunun komanda haqqında belə fikirlər səsləndirməsi böyük qürurdur”.
Argentina millisinin çalışdırıcısı Messinin gələcəyi ilə bağlı da danışıb:
“Sabahkı final onun dünya çempionatındakı son oyunu olacaq? Bunu kim bilir? Bu sualı özünə verin. Messi bizi heç vaxt təəccübləndirməkdən qalmır”.
DÇ-2026-nın Argentina – İspaniya finalı sabah saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin



