Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti açıqlandı

Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.

Komanda.az xəbər verir ki, kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli dəvət olunub. Kapitan kimi Teymur Rəcəbov seçilib.

Qadın şahmatçılardan ibarət milli komandada isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaq. Kapitan Nicat Abasov olacaq. Tanınmış şahmatçı Qədir Hüseynov isə məşqçi kimi komandaya kömək edəcək.

Hər iki komanda təlim-məşq toplanışına cəlb olunacaq. Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.

Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button