
“Turan Tovuz”da yeni müqavilə
“Turan Tovuz” hücumçusu İbrahima Vadji ilə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli hücumçu ilə 1+1 illik yeni müqavilə bağlanıb.
Xatırladaq ki, Azərbaycanda daha öncə “Qarabağ”ın da formasını geyinmiş Vadji ötən mövsümün əvvəlindən Tovuz klubunda çıxış edir. O, bu komandanın heyətində 30 oyuna 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



