
Misir dünya çempionatları tarixində ilk qələbəsini qazandı
Futbol üzrə dünya çempionatında Misir millisi Yeni Zelandiyaya qalib gəlib.
Komanda.az xəbər verir ki, “BC Place” stadionunda keçirilən G qrupunun 2-ci turunun matçında afrikalılar 3:1 hesablı qələbəyə seviniblər.
Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xalı qazanıblar.
Bu, Misir millisinin mundiallarda ilk qələbəsi kimi tarixə düşüb. Komanda ilk dəfə 1934-cü il dünya çempionatında iştirak edib və həmin vaxtdan bu yana heç vaxt qələbəsi olmayıb.
DÇ-2026-da G qrupunun digər matçında Belçika İranla qolsuz (0:0) bərabərə qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



