
“Sabah”ın keçmiş baş məşqçisi istefaya göndərildi
“Osiyek” klubu baş məşqçi Zeliko Şopiçlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Xorvatiya təmsilçisi 51 yaşlı mütəxəssisi uğursuz nəticələrə görə istefaya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Şopiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Osiyek” ölkə çempionatında 23 turdan sonra 17 xal toplayıb və 10 komanda arasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Şopiç 2019/2020 mövsümündə “Sabah”In baş məşqçisi vəzifəsində çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



